Naxçıvanda sahibkarların kreditləşməsi 30%-dək azalıb

Naxçıvanda sahibkarların kreditləşməsi 30%-dək azalıb
# 22 aprel 2021 12:21 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 8,55 mln. manatdan çox kredit verilib.

"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,7% azalıb.

Hesabat dövründə verilən kreditin 4,68 mln. manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 3,87 mln. manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.

Bu ilik yanvar-mart aylarında muxtar respublikada 13 hüquqi və 677 fiziki şəxs qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR