"Rabitəbank" yeni layihəyə star verir ®

"Rabitəbank" yeni layihəyə star verir ®
# 12 may 2020 13:47 (UTC +04:00)

“Rabitəbank” ASC bank sahəsində iş təcrübəsinə malik olmayan, universiteti yeni bitirən gənclərin uğurlu karyera qura bilmələri üçün yeni inkişaf proqramının tətbiqinə başlayır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, burada xüsusi müsahibələr nəticəsində seçilən namizədlərə adaptasiya proqramı sahələri üzrə bütün texniki biliklər aşılanır, müxtəlif rol oyunları vasitəsilə müştərilərlə ünsiyyət, problemi idarəetmə, satış texnikaları, çarpaz satışın yolları və bu sahədə önəmli olan məqamlar öyrədilir.

Əsasən iki həftə müddətinə müəyyən edilən təlimdə bankın struktur rəhbərləri təlimçi qismində təlimə cəlb edilirlər ki, bu da, öz növbəsində, yeni gələn namizədlərə həm bankdaxili qaydaları daha tez mənimsəmək, həm də mühitə daha tez adaptasiya və həmkarları ilə yaxından tanış olmaq imkanı verir.

Təlimin sonunda keçirilən test nəticəsinə əsasən namizədlər sertifikatla təmin olunaraq təcrübə mərhələsinə keçid alırlar. Qeyd edək ki, layihənin sonunda bütün mərhələləri uğurla başa vuran namizədlər “Rabitəbank”da iş ilə təmin olunma şansını əldə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR