"Schlumberger"nin xalis mənfəəti 20% azalıb

#
# 17:20
23 aprel 2021

Qlobal neft-qazçıxarma xidmətləri şirkəti olan "Schlumberger" 2021-ci ilin I rübündə 299 mln. ABŞ dolları həcmində xalis mənfəət əldə edib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni göstəricisi ilə müqayisədə 20% azdır. Şirkətin təqdim etdiyi xidmətlərdən əldə etdiyi gəlirin həcmi I rübdə 5,2 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 30%, 2020-ci ilin IV rübü ilə müqayisədə isə 6% azalıb.

Bundan əlavə, cari ilin I rübündə "Schlumberger"nin bir səhmə düşən seyrəltilmiş mənfəəti də azalaraq (22%) 0,21 dollara enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR