Son 10 ildə milyarderlərin artım tempinə görə ölkələrin reytinqi açıqlanıb - TOP-10

Son 10 ildə milyarderlərin artım tempinə görə ölkələrin reytinqi açıqlanıb - TOP-10
# 21 may 2020 12:59 (UTC +04:00)

Son 10 ildə, qlobal maliyyə böhranından dərhal sonra iqtisadi artım inanılmaz dərəcələrə çatıb. Bu, bir çox insanın böyük sərvət qazanmasına şərait yaradıb. "Forbes" jurnalının dərc etdiyi siyahıya əsasən, dünyada milyarderlərin sayı 3 dəfəyə yaxın artaraq 2 095 nəfərə çatıb.

"APA-Economics"in "Forbes"a istinadən verdiyi məlumata görə, əgər hələ 10 il bundan öncə milyarderlərin ümumi sərvəti 3,5 trln. təşkil edirdisə, hazırda bu rəqəm 8 trln. dollara çatıb.

Bu müddət ərzində 61 ölkə ərazisində milyarderlərin sayı artıb.

Çində milyarderlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Honkonqdakı 66 milyarder istisna olmaqla, Çindəki milyarderlərin sayı 389 nəfər təşkil edir.

Son 10 ildə milyarderlərin sayında ən yüksək artım tempi göstərən ölkələr:

#

Ölkə

2010-cu ildə milyarderlərin sayı

2020-ci ildə milyarderlərin sayı

Artım, nəfər

1

Çin

64

389

325

2

ABŞ

404

614

210

3

Almaniya

52

107

55

4

Hindistan

49

102

53

5

Honkonq

25

66

41

6

Rusiya

61

99

38

7

Braziliya

18

45

27

8

Fransa

12

39

27

9

İsveçrə

11

35

24

10

İtaliya

13

36

23

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR