ÜTT qlobal ticarətin azalma tempi üzrə proqnozunu yaxşılaşdırıb

ÜTT qlobal ticarətin azalma tempi üzrə proqnozunu yaxşılaşdırıb
# 06 oktyabr 2020 17:45 (UTC +04:00)

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) bu il COVID-19 pandemiyası səbəbindən qlobal ticarətin azalma tempi üzrə proqnozunu 9,2%-dək yaxşılaşdırıb, lakin 2021-ci ildə artım tempinin yalnız 7,2% olacağı gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu barədə ÜTT-nin dərc etdiyi hesabatda deyilir.

Aprel ayında ÜTT pandemiyanın inkişaf ssenarisindən asılı olaraq 2020-ci ildə qlobal ticarətin azalma tempinin 13-32%-ə çatacağını, 2021-ci ildə isə 21,3% artacağını proqnozlaşdırırdı.

Hesabatda qeyd olunub ki, koronavirus pandemiyasının qlobal ticarətdə yaratdığı dərin tənəzzüldən sonra canlanma əlamətləri görülməkdədir, lakin ÜTT iqtisadçıları pandemiyanın davam edən təsirləri səbəbindən hər hansı bir canlanmanın pozula biləcəyini də istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR