Azərbaycan bu il Rusiyadan beynəlxalq pul köçürmələri üzrə lider olub 

beynəlxalq pul köçürmələri

© APA | beynəlxalq pul köçürmələri

# 10 may 2021 11:01 (UTC +04:00)

Cari ilin yanvar-mart aylarında Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmələri üzrə lider ölkə olub.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, hesabat dövründə Rusiyadan Azərbaycana bir köçürmənin orta məbləği 11,56 min rubl təşkil edib.

Məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici üzə birinci yerdə Qazaxıstan gərarlaşmışdı (köçürmənin orta məbləği 14,13 min rubl).

Qeyd olunur ki, hesabat dövründə Rusiyadan beynəlxalq köçürmələr üzrə ikinci yerdə 10,08 min rubl orta köçürmə məbləği ilə Belarus Respublikası qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR