Bu ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 6 603,8 mln. manat xərcləyib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7% və ya 434,1 mln. manat artıb.
Cari ilin aprel ayında satışların həcmi 1 426,2 mln. manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 27,7% və ya 546,4 mln. manat azdır.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 54,9%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarına alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 1,3 faiz bəndi çoxdur.