Azərbaycanda rəqəmsal ödənişlər genişləndiriləcək 

Azərbaycanda rəqəmsal ödənişlər genişləndiriləcək 
# 07 may 2021 14:48 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı və "Visa" arasında ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Strateji Əməkdaşlıq Müqaviləsi imzalanıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, strateji anlaşma ödəniş bazarının inkişafını sürətləndirən əsas drayverlərin dəstəklənməsi, innovativ ödəniş həllərinin təqdim edilməsi, mobil ödənişlərin artırılması, habelə maliyyə savadlılığı və inklüzivliyin genişləndirilməsi istiqamətində təşəbbüslərin reallaşdırılmasını ehtiva edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR