Büdcə təşkilatları məhkəmə prosesinə dair xərclərlə bağlı hesabat verəcək

Büdcə təşkilatları məhkəmə prosesinə dair xərclərlə bağlı hesabat verəcək
# 16 may 2021 12:00 (UTC +04:00)

Maliyyə Nazirliyinin Kollegiyası “Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün həmin vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifatlar üzrə hesabat formaları və onların təqdim edilmə Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar məhkəmə və mediasiya prosesi ilə bağlı xidmətlərin ödənilməsi ilə bağlı da hesabat verəcəklər.

Məhkəmə və mediasiya prosesi ilə bağlı xidmətlərin ödənilməsinə dair hesabata hüquqi yardım, məhkəmə prosesi ilə bağlı digər xidmətlər, mediasiya xərclərinin ödənilməsi fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi və sair xərclər daxil edilib.

Qeyd edək ki, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar tərəfindən aylıq və rüblük hesabatlar hesabat dövründən sonrakı ayın 20-dək, illik hesabatlar növbəti ilin mart ayının 1-dək təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR