Bu ilin yanvar-aprel aylarında Çinin xarici ticarət dövriyyəsinin həcmi illik ifadədə 28,5% artaraq 11,62 trln. yuana (təxminən 1,8 trln. ABŞ dolları) çatıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatında deyilir.
Məlumata görə, 2019-cu ilin eyni "koronavirus öncəsi" dövrü ilə müqayisədə artım 21,8% təşkil edib.
Hesabat dövründə Çin ixracı illik müqayisədə 33,8%, idxal isə 22,7% artıb. Nəticədə, Çinin xarici ticarət müsbət saldosu 149,7% artaraq 1,02 trln. yuana (160 mlrd. dollar) çatıb.