Eray Güçler: “ABŞ-ın “soyqırım hücumu” Türkiyə ilə Azərbaycanın regiondakı gücünü daha da mökəmləndirəcək”

Eray Güçler: “ABŞ-ın “soyqırım hücumu” Türkiyə ilə Azərbaycanın regiondakı gücünü daha da mökəmləndirəcək”
# 25 aprel 2021 19:50 (UTC +04:00)

“ABŞ Prezidentinin 1915-ci il olaylarını “soyqırımı” olaraq qiymətləndirməsi Türkiyə və Türkiyənin haqlılığını tanıyan başda Azərbaycan olmaqla türkdilli və digər ölkələrə qarşı mənfur siyasət aparmasının əlamətidir”.

Bunu Türkiyənin İstanbul Altınbaş Universitetinin dosenti, qrafologiya üzrə ekspert Eray Güçler APA-nın yerli bürosuna bildirib.

“Co Baydenin “soyqırım” ifadəsini bu gün söyləyib, sabah unutmaq kimi davranışı yoxdur, görünən budur ki, ABŞ-ın Türkiyə və Türkiyə ilə birgə hərəkət edən ölkələrə qarşı tətbiq edəcəyi imperialist strategiyanı daha da artırmaq niyyəti var” deyən ekspertin sözlərinə görə, 1915-ci il hadisələri zamanı heç bir soyqırımı baş vermədiyini ABŞ Administrasiyası yaxşı bildiyi halda bunu qəsdən “unudur”:

“İstər “soyqırımı” olsun, istər “F-35” layihəsindən Türkiyəni uzaqlaşdırmaq və digər neqativ davranışlar olsun, bütün bunlar ABŞ-ın bəhanəsidir. Çünki Türkiyənin xüsusilə müdafiə sənayesi sahəsindəki uğurları və bunu dost, qardaş ölkələrlə paylaşması ABŞ-ın imperialist gücünü zəiflədir. Artıq Amerikanın terror təxribatlarını artırması da regionumuzdakı ölkələri ABŞ-ın tabeçiliyində saxlaya bilmir. Ermənistanın Azərbaycana hücumlarının arxasında dayanan da Amerika və oradakı erməni lobbisidir. Amma qısa müddətdə Azərbaycanın qətiyyətli mübarizə ilə qələbəsi və buna Türkiyənin dəstək verməsi ABŞ-ın Xəzərin şərqinə, eləcə də Qafqazlar bölgəsinə hegemenluğunu əngəllədi. Türkiyə-Azərbaycan əməkdaşlığından doğan enerji ABŞ üçün arzuolunmayan nəticə verdi. Buna görə də türkü düşmən olaraq hədəf seçmək ABŞ üçün əlverişli idi. Bu həm də hakimiyyəti əldən çıxan Paşinyana da “təcili siyasi dəstək” həmləsdir. Burada “Erməni soyqırımı” bəhanəsilə Ermənistan ictimaiyyətinin Paşinyana olan kəskin nifrətini səngitmək planı da var”.

Ekspert deyib ki, ABŞ-ın “soyqırımı” iftirasına qarşı Türkiyəyə ilk dəstək verən ölkənin Azərbaycan olması da ölkə ictimaiyyəti tərəfindən məmnuniyyətlə qarşılanıb:

“Bundan sonra iki qardaş ölkənin ABŞ-ın imperialist davranışlarına qarşı birlikdə hərəkət edəcəyinə əminik. Əlbəttə erməni lobbisinin beynəlxalq aləmdə Türkiyənin nüfuzuna zərər vermə cəhdləri var və olacaq, amma bunun müsbət nəticə verəcəyinə, Türkiyə üçün hər hansı bir təzminat alınacağına inanmıram. ABŞ-da erməni diasporası bir qədər güclənəcək və bu Co Bayden hakimiyyətinin möhkəmlənməsinə kömək edəcək. Amma Türkiyənin nə daxili siyasətinə, nə Türkiyə-Azərbaycan işbirliyindən doğan milli siyasət və birgə layihələrin əngəllənməsinə heç bir təsir etməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR