Ermənistanda saxlanılmış Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri sərbəst buraxılıb

Ermənistanda saxlanılmış Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri sərbəst buraxılıb
# 13 noyabr 2020 03:38 (UTC +04:00)

İrəvanda baş nazir Nikol Paşinyanın istefasının tələb olunduğu etiraz aksiyalarını təşkil etməkdə günahlandırılaraq saxlanılmış Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan məhkəmə tərəfindən sərbəst buraxılıb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məhkəmə iclasından sonra keçmiş xüsusi xidmət rəisi jurnalistlərə yaxınlaşaraq, ona qarşı irəli sürülmüş cinayət işinin absurd olduğunu və tezliklə bağlanacağını bildirib.

Qeyd edək ki, bir neçə gündür İrəvanda müxalifətin aksiyaları davam edir. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsində atəşkəsə dair müqavilə imzalaması səbəbindən onun istefasını tələb edirlər. Aksiyalar zamanı “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Tsarukyan, parlamentin keçmiş vitse-spikerləri Ara Saakyan və Eduard Şarmazanov, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan da daxil olmaqla, 10 müxalifət lideri saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR