Ermənistanda son sutkada 308 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada 308 nəfər koronavirusa yoluxub
# 29 iyul 2020 11:00 (UTC +04:00)

Ermənistanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 37 937 nəfərə çatıb.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 308 nəfər koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində koronavirusa yoluxan 4 nəfər ölüb, bununla da COVID-19-dan ölənlərin sayı 723 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 27 824 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR