Ermənistanın yeni təyin edilmiş MTX-nin rəisi ürək tutmasından xəstəxanaya yerləşdirilib

Ermənistanın yeni təyin edilmiş MTX-nin rəisi ürək tutmasından xəstəxanaya yerləşdirilib
# 12 noyabr 2020 02:18 (UTC +04:00)

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan ürək tutması diaqnozu ilə “Nork” Kardialoji Mərkəzə yerləşdirilib.

APA xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”a xəstəxandakı mənbə təsdiqləyib.

Xidmət rəisi müayinədən keçdikdən bir müddət sonra evə buraxılıb.

Qeyd edək ki, Armen Abazyan noyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR