İlin sonunadək daha 3 rayonda "ASAN xidmət" mərkəzi açılacaq

İlin sonunadək daha 3 rayonda "ASAN xidmət" mərkəzi açılacaq
# 19 dekabr 2019 10:28 (UTC +04:00)

"Bu yaxınlarda Şamaxıda "ASAN xidmət" mərkəzinin açılışı oldu. Dövlət başçısının əsas tapşırığı budur ki, "ASAN xidmət" qısa müddətdə bütün regionları əhatə etməlidir".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, ilin sonuna qədər Kürdəmir, Ağcabədi və Tovuzdakı "ASAN xidmət" mərkəzlərinin açılışı nəzərdə tutulur: "Eyni zamanda da yaxın zamanlarda MyGov portalı üzərindən göstərilən elektron xidmətlərin sayı artırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR