İsmayıllı sakinini cərəyan vuraraq öldürüb

İsmayıllı sakinini cərəyan vuraraq öldürüb
# 17 iyul 2020 11:54 (UTC +04:00)

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini, 1988-ci il təvəllüdlü Musayev Qüdrət Əli oğlu mağazalardan birinə firmadan gətirdiyi malları boşaldarkən ehtiyatsızlıq edib və elektrik dirəyindən qırılaraq mağazanın qarşısına düşən naqili kənara atmaq istəyərkən cərəyan onu vurub. Q.Musayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR