Mişustin: “Rusiyanın bir sıra regionlarında koronavirusa yoluxma artıb”

Mişustin: “Rusiyanın bir sıra regionlarında koronavirusa yoluxma artıb”
# 08 iyun 2020 14:45 (UTC +04:00)

“Altı gündür ki, Rusiyada koronavirus infeksiyasına yoluxma artımı 2 faizi keçmir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Baş Naziri Mixail Mişustin deyib.

Rusiyanın Baş Naziri paytaxt Moskvada koronavirusla bağlı vəziyyətə də toxunub. O qeyd edib ki, Moskvada koronavirusa yoluxma halının artımı ölkə üzrə orta səviyyə göstəricisindən aşağıdır: “Əlbəttə ki, regiondan regiona vəziyyət fərqlidir. Bir sıra regionlarda yoluxma halları bir qədər artıb. Koronavirusun ən çox aşkarlandığı Moskva üzrə isə bu rəqəm cəmi 1 faiz təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR