Moskvada 12-ci mərtəbədən yıxılan 11 yaşlı qız sağ qalıb

Moskvada 12-ci mərtəbədən yıxılan 11 yaşlı qız sağ qalıb
# 26 aprel 2021 14:59 (UTC +04:00)

Rusiya paytaxtında 12-ci mərtəbədən yıxılan qız sağ qalıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bazar günü gecə saatlarında şəhərin Yeni Moskva adlandırılan hissəsində, “Skulptura Muxinoy” küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan yeniyetmə yuxulu vəziyyətdə özünü 12-ci mərtəbədə yerləşən evlərinin pəncərəsindən atıb. Nəticədə onun çiyini çıxıb, başından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Yeniyetmə özünü yuxulu vəziyyətdə pəncərədən atdığını, yerə düşdükdən sonra oyandığını bildirib. Anası isə övladının tez-tez yuxuda gəzdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR