Moskvada koronavirusdan daha 54 nəfər ölüb

Moskvada koronavirusdan daha 54 nəfər ölüb
# 16 oktyabr 2020 05:32 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 54 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5850- çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 347 946 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 3942 nəfər təşkil edib. Ümumilikdə 268 423 xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR