Narkotiklə tutulan Masallı sakininin evindən odlu silah tapılıb

Narkotiklə tutulan Masallı sakininin evindən odlu silah tapılıb
# 07 fevral 2020 22:44 (UTC +04:00)

Masallı sakini narkotik vasitə və odlu silahla saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Masallı RPŞ-nin əməkdaşları daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə əvvəllər dəfələrlə məhkum olunmuş Bayram Böyükxan oğlu Feyzullayev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Bayram Feyzullayevin Masallı rayonu Təzə Alvadı kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsində olan tövləyə baxış zamanı bir ədəd bağlamada təmiz çəkisi 24 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana tapılıb. Həmçinin oradan bir ədəd 5,6 mm kalibrli, atəşə yararlı vəziyyətdə olan "TOZ-16" odlu silahı və 24 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı RPŞ-in İstintaq bölməsində cinayət işi başlanılıb və araşdırma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR