Paşinyanın istefasını tələb edən müxalifətçilər hökumət binasının qarşısında aksiya keçirib

#
# 10:48
22 aprel 2021

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər hökumət binasının qarşısında aksiya keçiriblər.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, N. Paşinyanın istefasını tələb edən bir kişi və bir qadın özlərini İrəvanda hökumət binasının qapılarına qandallayıblar.

Etirazçılardan biri "Azataqrum" (“Qurtulu”) hərəkatını təmsil etdiyini deyib.

““Azataqrum” hərəkatı Nikol Paşinyana qarşıdır, biz onun dərhal istefa verməsini tələb edirik, hökumət binasına girməsini istəmirik”, - deyə o bildirib.

Daha sonra etirazçılar polis tərəfindən saxlanılıb.

Hökumət binasının ətrafına xeyli sayda polis qüvvələri gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR