Pompeo Omanın yeni Sultanı ilə görüşüb

Pompeo Omanın yeni Sultanı ilə görüşüb
# 22 fevral 2020 04:16 (UTC +04:00)

ABŞ Dövlət Katibi Mayk Pompeo Omanın Maskat şəhərində Sultan Heysam bin Tarik əl-Said ilə görüşüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

Pompeo bu yaxınlarda vəfat edən Oman sultanı Qabus bin Səidin vəfatı ilə əlaqədar başsağlığı verib. O, Omanın yeni sultanının Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunduğunu diqqətə çatdırıb. Sultanın dəvəti qəbul etdiyi bildirilir.

Görüşdə Pampeo ABŞ-ın Omanla bundan sonra da tərəfdaşlığı davam etdirəcəyini deyib.

Tərəflər görüş əsnasında Yəməndə son zamanlar baş verən gərginliyin artmasını müzakirə edib. Hər iki tərəf münaqişənin yalnız siyasi həll yolu ilə dayandırılaraq sülhün təmin olunmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR