Putin Avrasiya İttifaqının inkişaf strategiyasını qaz bəndi olmadan qəbul etməyi təklif edib

#
# 14:52
19 may 2020

Rusiya Prezidenti Vladimir Putin Avrasiya İttifaqının 2025-ci ilə kimi inkişaf strategiyası layihəsini qaz bəndi olmadan qəbul etməyi təklif edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Ali Avrasiya İqtisadi Şurasının videokonfrans formatında keçirilən görüşündə bildirib.

“Əgər Ermənistan və Belarus qaz tariflərinin formalaşdırılması ilə bağlı mövqelərini dəyişməsələr, bu bəndin Avrasiya İqtisadi Birliyinin inkişaf strategiyası layihəsindən çıxarılması məntiqlidir. Qaz üçün qiymətlərin formalaşdırılmasına yanaşmaların müzakirəsi Avrasiya İqtisadi Komissiyasının və Birliyə üzv dövlətlərin ekspertlərinin xətti ilə davam etdirilə bilər”, - deyə V. Putin vurğulayıb.

Qeyd edək ki, Ermənistan və Belarus Avrasiya İttifaqının 2025-ci ilə kimi inkişaf strategiyası layihəsində təklif olunan İttifaq ölkələri üçün qaz tariflərinin formalaşdırılması haqda ümumi formulu qəbul etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR