"Rossotrudniçestvo"nun rəhbəri vəzifəsindən gedib

"Rossotrudniçestvo"nun rəhbəri vəzifəsindən gedib
# 11 iyun 2020 12:20 (UTC +04:00)

Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyi olan “Rossotrudniçestvo”nun rəhbəri Eleonara Mitrofanova vəzifəsindən gedib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, müvəqqəti olaraq onun vəzifəsini müavini Pavel Şevtsov icra edir.

Rusiya mətbuatı “Rossotrudniçestvo”nun rəhbəri vəzifəsində Dövlət Dumasının deputatı, tanınmış jurnalist Yevgeni Primakovun təyin olunacağı haqqında məlumat yayıb.

E. Mitrofanova bu məlumatı təsdiqləyib.

Y. Primakov isə prezidentin təyinatla bağlı sərəncamına kimi bu məsələyə münasibət bildirməyəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR