Rusiya FHN Soçidə dənizdə itkin düşən iki uşağın axtarışına aviasiya cəlb edəcək

Rusiya FHN Soçidə dənizdə itkin düşən iki uşağın axtarışına aviasiya cəlb edəcək
# 26 fevral 2020 05:28 (UTC +04:00)

Soçidə dənizdə iki uşağın axtarışına çərşənbə günü səhər aviasiya cəlb ediləcək.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Krasnodar diyarı üzrə İdarəsindən bildirilib.

Gün ərzində itkinlərin axtarışına FHN-in 140-dan çox şəxsi heyəti və 17 texnikası cəlb edilib.

Qeyd edək ki, ilkin məlumatlara görə, ötən gün axşam saatlarında 13-15 yaşlı iki uşaq Lazarevski kəndində dənizə axan Psezuapse çayından keçmək istəyərkən suya düşüblər. FHN-in məlumatına görə, dənizdə fırtına olduğundan uşaqlar sahildə axtarılır.

Rusiya İstintaq Komitəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR