Rusiya daha üç ölkəyə uçuşları bərpa edir

Rusiya daha üç ölkəyə uçuşları bərpa edir
# 03 sentyabr 2020 10:11 (UTC +04:00)

Rusiya hökuməti daha üç ölkəyə uçuşların bərpa edilməsini qərara alıb.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Maldiv adalarına aviareysləri bərpa edir.

Qahirəyə (Misir) uçuşlar, həftədə 3 dəfə, Duba (BƏƏ) və Velana hava limanına (Maldiv adaları) isə həftədə 2 dəfə yerinə yetiriləcək.

Eyni zamanda Rusiyadan İsveçrəyə uçuşlar həftədə 1 dəfədən 4 dəfəyədək (ikisi Cenevrəyə, ikisi Sürixə) artırılacaq.

Qeyd edək ki, avqustun 1-dən etibarən Rusiyadan Türkiyə, Böyük Britaniya və Tanzaniyaya uçuşlar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR