Rusiyada 5 jurnalist koronavirusdan ölüb

Rusiyada 5 jurnalist koronavirusdan ölüb
# 12 may 2020 12:41 (UTC +04:00)

Rusiyada 5 jurnalist yeni növ koronavirusdan (COVID-19) ölüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.

O, 200 jurnalistin COVID-19-a yoluxduğunu açıqlayıb.

“Bir müddət əvvəl rəqəmlər açıqlandı. Dünyada 60-a yaxın jurnalistin koronavirus infeksiyasından həyatını itirdiyi bildirilib. Rusiyada 5 jurnalist xəstəlikdən ölüb. Bununla bərabər, 200 nəfərə yaxın jurnalistimiz virusa yoluxub”, - deyə V. Solovyov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR