Rusiyada daha 8053 nəfər koronavirusa yoluxub

Rusiyada daha 8053  nəfər koronavirusa yoluxub
# 27 aprel 2021 12:32 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8 053 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 779 425 nəfərə çatıb.

Son sutka ərzində 392 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 108 980 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR