Rusiyada daha 8589 nəfər COVID-19-a yoluxub

#
# 12:14
19 aprel 2021

Rusiyada son sutka ərzində daha 8 589 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 710 690 nəfərə çatıb.

Son sutka ərzində Rusiyada 346 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə koronavirusdan ölənlərin sayı 105 928 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR