Rusiyada iki avtomobil buzun qırılması nəticəsində Amur çayına düşüb, ölənlər var

#
# 07:20
14 fevral 2020

Rusiyanın Xabarovsk şəhəri yaxınlığında - Voronej-3 kəndindən 4 km aralıda iki avtomobil Amur çayına düşüb. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə balıq ovundan qayıdan üç avtomobil buz bağlamış çayın üzərindən keçərkən baş verib. 

Sahildən 50-70 metr məsafədə baş verən hadisə zamanı buzun qırılması nəticəsində ilk olaraq içərisində 2 nəfərin olduğu "UAZ Patriot” markalı avtomobil çaya düşüb. Avtomobildə olan şəxslər boğulub. Daha sonra “Toyota Rush” markalı avtomobil çaya düşsə də, sürücü pəncərədən çıxa bilib.

Arxadan gələn üçüncü maşın isə təhlükədən yayına bilib. 

Fövqəladə Hallar Nazirliyinin Regional xilasetmə qrupları əraziyə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən çayda batmış avtomobillərin çıxarılması istiqamətində müvafiq işlər görülür. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR