Rusiyada iki nəfərin itkin düşdüyü şaxtada yanğın başlayıb - YENİLƏNİB

Rusiyada iki nəfərin itkin düşdüyü şaxtada yanğın başlayıb - YENİLƏNİB
# 25 noyabr 2019 11:23 (UTC +04:00)

Rusiyada iki nəfərin itkin düşdüyü neft şaxtasında yenidən yanğın başlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yanğın 200 metr dərinlikdə qeydə alınıb.

Hələlik yanğının səbəbi müəyyən edilməyib.

Yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

***

saat 10:48

Rusiyanın Komi respublikasında yerləşən neft şaxtasında yanğın baş verib.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

İlkin məlumata görə, hadisə zamanı şaxtada 45 nəfər olub ki, onlardan 33 nəfəri ərazidən çıxarılıb, 9 nəfər isə şaxtada təhlükəsiz ərazidədir.

Hadisə nəticəsində 3 nəfər fəhlə itkin düşüb, artıq onlardan bir nəfəri sağ tapılıb. Hazırda xilasedicilər tərəfindən itkin düşmüş 2 nəfərin axtarışı aparılır.

Qeyd olunub ki, yanğın iki min kvadratmetr sahədə lokallaşdırılıb.

Yanğının nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR