Rusiyada koronavirus qurbanlarının sayı 17 mini ötüb

Rusiyada koronavirus qurbanlarının sayı 17 mini ötüb
# 29 avqust 2020 11:49 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 4 941 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın xəbərinə görə, bu barədə Operativ Qərargahın məlumatında deyilir.

Bununla da Rusiyada koronavirus xəstələrinin sayı 985 346 nəfərə çatıb.

Ötən sutka ərzində Rusiyada koronavirusdan 11 nəfər ölüb ki, bununla da sözügedən virusun qurbanlarının sayı 17 025-ə çatıb. Sağalanların ümumi sayı 804 383 nəfər təşkil edir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR