Rusiyada koronavirusa gündəlik yoluxma sayı 22 minə çatır

Rusiyada koronavirusa gündəlik yoluxma sayı 22 minə çatır
# 13 noyabr 2020 12:26 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 21 983 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 880 551 nəfərə çatıb.

Son sutka ərzində 411 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 32 443 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR