Rusiyada koronavirusa yoluxanların sayı 114 mini ötüb

#
# 11:40
1 may 2020

Rusiyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 7933 yoluxma halı qeydə alınıb, 96 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyada koronavirusa yoluxanların sayı 114 431 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1169 nəfərə çatıb.

Rusiyada koronavirusdan ümumilikdə 13 220 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR