Rusiyada son sutkada 11 115 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada 11 115 nəfər COVID-19-a yoluxub
# 07 oktyabr 2020 11:41 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 11 115 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 248 619 nəfərə çatıb.

Son sutka ərzində 202 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 21 865 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR