Rusiyada son sutkada 27 250 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 27 250 nəfər koronavirusa yoluxub
# 23 dekabr 2020 12:06 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 27 250 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 933 753 nəfərə çatıb.

Son sutka ərzində 549 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 52 461 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR