Rusiyada son sutkada 5 940 nəfər COVID-19-a yoluxub

 Rusiyada son sutkada 5 940 nəfər COVID-19-a yoluxub
# 20 iyul 2020 12:03 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 5 940 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 777 486 nəfərə çatıb.

Son sutka ərzində 85 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 427 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 553 602 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR