Rusiyada son sutkada COVID-19-dan 364 nəfər ölüb

Rusiyada son sutkada COVID-19-dan 364 nəfər ölüb
# 29 aprel 2021 12:46 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9284 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 796 557 nəfərə çatıb.

Son sutka ərzində 364 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 109 731 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR