Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib
# 28 yanvar 2020 15:16 (UTC +04:00)

Rusiyada təyyarə təcili eniş edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, "Embraer-170" sərnişin təyyarəsi Novosibirskin "Tolmaçevo" hava limanına təcili eniş edib. Bu barədə Sibir Nəqliyyat Prokurorluğunun nümayəndəsi məlumat verib.

"Sibir Hava Yolları"na məxsus təyyarədə meydana çıxan texniki nasazlıq barədə həyəcan siqnalı verildikdən sonra təyyarə hava limanına geri qayıtmaq qərarı verib", - deyə nümayəndə bildirib.

Təyyarədə 77 sərnişin və iki ekipaj üzvü olub.

İlkin məlumata görə, Novosibirsk - Yekaterinburq reysi ilə uçan təyyarənin qanadlarında problem yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR