Türkiyədə koronavirusdan daha 55 nəfər ölüb

Türkiyədə koronavirusdan daha  55 nəfər ölüb
# 11 may 2020 21:35 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 55 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 32722 şübhəli koronavirus testindən keçib, onlardan 1114 cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3841 nəfər ölüb, 139771 nəfər bu infeksiyaya yoluxub, 95780 nəfəri isə müalicə olunub.

Bu gün 3089 xəstə evə buraxılıb.

Fəxrəddin Qoca “tədbirlərə əməl etsək, bu xəstəliyə yoluxma sayı günlük mindən az olacaq”, deyə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR