Ukraynada 2 kişi tərəfindən döyülən keşiş xəstəxanaya yerləşdirilib

Ukraynada 2 kişi tərəfindən döyülən keşiş xəstəxanaya yerləşdirilib
# 07 sentyabr 2020 07:12 (UTC +04:00)

Ukraynanın paytaxtı Kiyevdə 2 kişi keşişi döyüb.

APA “Kiev operativ” portalına istinadən xəbər verir ki, hadisəni törədən şəxslər gizlənməyə çalışsalar da, polis tərəfindən saxlanılıb.

Zərərçəkən ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun bu yaxınlarda insult keçirdiyi bildirilib.

Polisə ifadə verməkdən imtina edən keşiş hücum edən şəxslər barədə deyib ki, Tanrı onları mühakimə edəcək.

Hadisənin səbəbləri barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR