ABŞ səfirliyinin mətbuat katibi Rusiyada “persona non grata” elan olunub

ABŞ səfirliyinin mətbuat katibi Rusiyada “persona non grata” elan olunub
# 12 may 2021 14:10 (UTC +04:00)

ABŞ-ın Moskvadakı səfirliyinin mətbuat katibi Rebekka Ross Rusiyada “persona non grata” elan olunub.

APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə xanım Ross özü TASS-a bildirib.

O, Rusiyanın ölkədən çıxarmaq haqqında qərar qəbul etdiyi 10 ABŞ diplomatının siyahısında yer aldığını təsdiqləyib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden aprelin 15-də Rusiyaya qarşı növbəti sanksiyalar paketini imzalayıb. Sanksiyalara əsasən, Rusiyanın Vaşinqtondakı səfirliyinin 10 diplomatının ABŞ-dan çıxarılmasına qərar verilib.

Rusiya ABŞ-ın bu addıma cavab olaraq analoji addım atıb. Amerikalı diplomatlar mayın 21-dək Rusiya ərazisini tərk etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR