Angela Merkel Rusiya ilə dialoqu vacib hesab edir

Angela Merkel Rusiya ilə dialoqu vacib hesab edir
# 05 noyabr 2021 21:02 (UTC +04:00)

Münasibətlərdəki gərginliyə baxmayaraq, Rusiya ilə kontaktları davam etdirmək lazımdır.

APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, bunu Almaniya Kansleri Angela Merkel Berlində medal təqdimatı zamanı bildirib.

“Bizə Rusiya ilə dialoqda qalmaq vacibdir. Rusiya ilə Almaniya arasında hər zaman xüsusi münasibətlər olub”, deyə Merkel əlavə edib.

Qeyd edək ki, Merkelə siyasi sahədə uğurlarına görə “Valter Ratenau” mükafatı təqdim olunub. Alman siyasətçisi və sənayeçisi Valter Ratenau Veymar Respublikasının xarici işlər naziri olub. Bu mükafat hər il siyasi xadimlərə təqdim olunur. Laureatlar arasında Şimon Peres və Hillari Klinton da yer alırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR