Beynəlxalq Kosmik Stansiyaya gedən heyət Qazaxıstana gəlib

Beynəlxalq Kosmik Stansiyaya gedən heyət Qazaxıstana gəlib
# 19 noyabr 2021 20:49 (UTC +04:00)

Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək heyət Qazaxıstana gəlib.

APA-nın “Roskosmos”a istinadla xəbərinə görə, rus kosmonavt Aleksandr Missurkin, yaponiyalı milyarder Yusaki Maezava və onun köməkçisi Yozo Hirano artıq Baykonurdadırlar.

Onlar Moskvadakı hazırlıq mərhələsini başa vurublar. Həftə sonu gələcək kosmonavtlar “Soyuz” kosmik gəmisinin iş rejimi ilə tanış olacaqlar. Bundan sonra növbəti intensiv təlimlər başlayacaq. Yaponiyalılar BKS-də 12 gün qalacaqlar. Maezava jurnalistlərə bildirib ki, əsas arzusu çəkisizlik şəraitində badminton oynamaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR