Dmitri Medvedev yenidən "Vahid Rusiya" Partiyasının sədri seçilib - VİDEO

Dmitri Medvedev

© APA | Dmitri Medvedev

# 04 dekabr 2021 16:24 (UTC +04:00)

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yenidən hakim "Vahid Rusiya" Partiyasının sədri seçilib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, D.Medvedev partiyanın bu gün keçirilən qurultayında açıq səsvermədə bu etimadı qazanıb.

Partiya sədrinin səlahiyyət müddəti 5 ildir.

Boris Qırızlov isə yenidən "Vahid Rusiya" Partiyası Ali Şurasının sədri seçilib.

Qeyd edək ki, D. Medvedev 2012-ci ildən "Vahid Rusiya" Partiyasının sədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR