Əlverişsiz hava şəraitinə görə Rusiyanın 3 vilayəti elektrik enerjisiz qalıb

Əlverişsiz hava şəraitinə görə Rusiyanın 3 vilayəti elektrik enerjisiz qalıb
# 22 oktyabr 2021 17:37 (UTC +04:00)

Rusiyanın üç regionu elektrik enerjisiz qalıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Energetika Nazirliyi Şimal-Qərb Federal Dairəsinin üç bölgəsinin elektrik enerjisiz qalması ilə bağlı məlumat yayıb.

Nazir müavini Yevgeni Qrabçak bildirib ki, Leninqrad, Novqorod və Pskov vilayətlərində qeydə alınan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq istehlakçılar üçün enerji təchizatında kütləvi məhdudiyyətlər yaranıb. “Hazırda altı mindən çox insan elektrik enerjisiz qalıb”, - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, hazırda 317 nəfərdən ibarət 90-dan çox qrup və 97 ədəd xüsusi texnikanın cəlb olunub, təcili bərpa işləri aparılır.

Nazir müavini qeyd edib ki, əlverişsiz hava şəraiti Tver, Kalininqrad, Çelyabinsk və Sverdlovsk bölgələrində də müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR