Ermənistanda daha 50 nəfər COVID-19-dan ölüb

Ermənistanda daha 50 nəfər COVID-19-dan ölüb
# 03 noyabr 2021 11:21 (UTC +04:00)

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 2045 yoluxma qeydə alınıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 312 674 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 50 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 6491 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR