Ermənistanda son sutkada koronavirusa 95 yoluxma olub

Ermənistanda son sutkada koronavirusa 95 yoluxma olub
# 06 dekabr 2021 11:05 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 95 yoluxma halı qeydə alınıb.

APA-nın Ermənistan Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 340 818-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 8 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 7 691 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR