Ermənistanın xarici işlər naziri Fransaya səfər edəcək

Ararat Mirzoyan

© APA | Ararat Mirzoyan

# 08 dekabr 2021 10:33 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya səfər edəcək.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, A. Mirzoyan iqtisadi əməkdaşlığın inkişafı və genişləndirilməsi üzrə Ermənistan-Fransa işçi qrupunun Parisdə keçiriləcək birgə iclasında iştirak etmək üçün dekabrın 8-10-da Fransada səfərdə olacaq.

A. Mirzoyan Parisin meri ilə birgə Ermənistanla bağlı parkın açılışında da iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR