Füzulidə daha bir erməni hərbçinin qalıqları aşkarlanıb

Füzulidə daha bir erməni hərbçinin qalıqları aşkarlanıb
# 22 noyabr 2021 17:10 (UTC +04:00)

İşğaldan azad olunmuş Füzuli rayonunda daha bir erməni hərbçinin qalıqları aşkar olunub.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.

Qeyd edək ki, indiyə qədər aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1698 erməni hərbçinin meyiti və qalıqları aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR